Fələstinlilərə zülm davam etdikcə sülh mümkün deyil - Ərdoğan

Fələstinlilərə zülm davam etdikcə sülh mümkün deyil - Ərdoğan

"Bölgəmizdə qeyri-sabitliyi dərinləşdirən, sülh və təhlükəsizliyi təhdid edən ən əhəmiyyətli problemlərdən biri İsrail-Fələstin münaqişəsidir"

Rasthaber Azərbaycan xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan BMT tribunasında deyib.

“Fələstin xalqına zülm davam etdikcə Orta Şərqin davamlı sülh və sabitliyə nail olması qeyri-mümkündür. Bu səbəbdən işğal, ilhaq və qanunsuz məskunlaşma siyasətlərinə dərhal son qoyulmalıdır. Birləşmiş Millətlər Təşkilatının 1947-ci il qətnaməsinə əsaslanaraq Qüdsün beynəlxalq statusunun pozulmasına, Məscidül-Həram məhrəmiyyətinə və Fələstin xalqının hüquqlarına qarşı pozuntuların əleyhinə səsimizi ucaltmağa davam edəcəyik. Sülh prosesi və iki dövlətli həll baxışına yubanmadan fəallıq qazandırılmalıdır", - deyə Ərdoğan əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR