Fələstinlilər vizasız və rüsumsuz Suriyaya daxil ola biləcəklər

Fələstinlilər vizasız və rüsumsuz Suriyaya daxil ola biləcəklər

Artıq fələstinlilər Suriya ərazisinə heç bir viza tələbi olmadan rahat şəkildə daxil ola biləcəklər.

Az.rasthaber.com xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd bununla bağlı fərman imzalayıb.

Bundan sonra Suriya ərazisinə daxil olmaq istəyən Fələstin vətəndaşlarından viza tələb edilməyəcək, həmçinin onlardan rüsumlar da alınmayacaq.

Qeyd edək ki, digər ölkələrdən fərqli olaraq Suriya dövləti fələstinliləri öz vətəndaşları kimi bərabər hüquqlarla təmin edir.

Xəbəri paylaş

VİDEOLAR