Fələstinli əsir Kayed Əlfəsfus bildirib ki, onlara qarşı qeyri-insani rəftar dayandırılanadək aclıq aksiyasını davam etdirəcək.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, 90 gün bundan öncə aclıq aksiyasına başlayan Əlfəsfus deyib ki, bu aksiyanın səbəbi, həbsin səbəb olduğu böyük problem və müsibətlərdir.
O, xəstəxanada hər hansı tibbi və dərman testin keçirilməsinin əleyhinə olduğunu deyib və əlavə edib ki, bu aksiyanın sonu - azadlıq və ya şəhadətdir.
Belə bir halda, aclıq aksiyası səbəbindən xəstəxanaya yatırılmış digər fələstinli əsir - Miqdad Əlqəvasimə qeyri-münasib cismani şəraitinə rəğmən, öz aclıq aksiyasının davam etdirəcəyini bildirib.