Fələstinli qrupların Misirdəki iclası təxirə düşdü

Fələstinli qrupların Misirdəki iclası təxirə düşdü

Fələstinli qrupların Misirin paytaxtı Qahirədə keçirilməsi gözlənilən iclasları təxirə salınıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi Mustafa əl-Berqusi Anadolu Agentliyinə (AA) müsahibəsində bu barədə danışıb.

Qeyd edib ki, toplantının heç bir səbəb göstərilməyərək təxirə salındığı rəsmi olaraq bizə bildirilib. Yığıncağın keçiriləcəyi yeni bir tarixin müəyyənləşdiriləcəyini ifadə edən Berqusi, Fələstinli qrupların nümayəndə heyətlərinin hələ Qahirəyə getmədiklərini qeyd edib.

Xatırladaq ki, Misir bir iyunda Fələstinli qrupları əsas mövzuların müzakirəsi üçün Qahirədə planlaşdırılan yığıncağa dəvət etmişdi

Xəbəri paylaş

VİDEOLAR