İsrail rejimi həbsxanalarında saxlanılan, xüsusilə də aclıq aksiyası keçirən fələstinli məhbuslara dəstək üçün İordan çayının Qərh sahilində yerləşən əl-Xəlil şəhərində həmrəylik aksiyası keçirilib.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, aksiya zamanı beynəxalq ictimaiyyət və hüquq-müdafiə təşkilatlarına həmin fələstinli məhbusların həyatlarını xilas etmələri üçün vəziyyətə təcili müdaxilə etmələri ilə bağlı çağırış edilib.
Aksiya iştirakçıları Fələstin bayraqlarını dalğalandırıblar və əllərində aclıq aksiyası keçirən məhbusların şəkillərini tutublar. Fələstinli məhbusların İsrail rejimi zindanlarında məruz qaldıqları amansız rəftar və qanun pozuntuları pislənilib.
Xatırladaq ki, İsrail həbsxanalarındakı 5 minə yaxın fələstinli çox pis şəraitdə saxlanılırlar, onların 600-ün təcili tibbi yardıma ehtiyacı var.