Sionist rejimin mətbuatı bu anti-sionist əməliyyat zamanı bir İsrail əsgərinin yaralandığını bildirib.
Rasthaber xəbər verir ki, Şahab xəbər agentliyinin verdiyi məlumata görə, cümə günü səhər tezdən bir fələstinli sionist rejimin gündəlik cinayətlərinə cavab olaraq Nablusun qərbindəki Deyr Şəraf məntəqəsində İsrail əsgərlərinə atəş açıb.
Sionist rejimin mətbuatı bu anti-sionist əməliyyat zamanı bir İsrail əsgərinin yaralandığını bildirib.
Bu əməliyyatdan sonra sionist rejim əsgərləri Nablus şəhərinə bəzi girişləri məhdudlaşdırıblar.
Bununla bağlı Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) sözçüsü Əbdül Lətif əl-Kanu qısa açıqlamasında deyib: Anti-sionist əməliyyatlar bütün İordan çayının qərb sahilində intensivləşir və son əməliyyat Nablusun qərbindəki Homeş yaxınlığında baş verib."
O əlavə edib: Bu əməliyyat işğal rejimini bir daha təəccübləndirdi və onun təhlükəsizlik hesablamalarını pozdu.
Çərşənbə axşamı sionist mənbələr Tulkərmin şimalında sionistlərin Homeş qəsəbəsi yaxınlığında atışma baş verdiyini bildiriblər. Bu əməliyyat zamanı bir sionist köçkün ağır yaralanıb.