Fələstinli hərəkatlar İsrailin kütləvi həbsləri ilə bağlı xəbərdarlıq ediblər

Fələstinli hərəkatlar İsrailin kütləvi həbsləri ilə bağlı xəbərdarlıq ediblər

“İslami Cihad” və HƏMAS İsrailin İordan çayının Qərb sahili bölgələrində basqınlar və kütləvi həbslər həyata keçirməsilə bağlı xəbərdarlıq ediblər.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, HƏMAS və “İslami Cihad” bütün işğal edilmiş ərazilərdə insanları İsrailin basqınları və həbsləri qarşısında müqavimətə çağırıb.

HƏMAS-ın bəyanatında əl-Əqsa məscidi və ətrafında radikal dini cərəyanlar tərəfindən qeyri-islami dini ayinlərin keçirilməsi haqda xəbərdarlıq edilib.

Bu arada Fəth hərəkatı dünya ictimaiyyətini İsrailin basqın və həbsləri qarşısında susmasını tənqid edib.

Fələstin muxtariyyəti İordan çayının Qərbində vəziyyətin partlayışa doğru getdiyi və nəzarətdən çıxa biləcəyilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Təl-Əviv hücumundan sonra İsrail qüvvələri hər gün intensiv olaraq İordan çayının Qərb sahilində kütləvi həbslər həyata keçirir. Təkcə ötən gün üç fələstinli gənc həlak olub və 50-dən çoxu yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR