Qəzza sektorundakı Daxili İşlər Nazirliyi İsrail rejiminə işləyən casusun ələ keçirildiyini bəyan edib.
Az.rasthaber.com "palinfo"-ya istinadən xəbər verir ki, sözügedən "Mossad" casusunun fələstinli alim Fadi Məhəmməd əl-Bətşin qətlində əli var.
Nazirliyin rəsmisi İyad əl-Buzm deyib ki, alimin qətlinin araşdırılması davam etdiriləcək.
Xatırladaq ki, adıçəkilən fələstinli alim 2018-ci ilin aprel ayında Malayziyada qətlə yetirilib.