"Fələstinin müstəqilliyini rüşvətlə unutdurmaq istəyirlər"

Hazırda Fələstin məsələsinin əsl siyasi mahiyyətini maliyyə vəsaitləri ilə dəyişməyə cəhd edirlər.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-də bəyan edib.

Mən hesab edirəm ki, biz ümidsizləşməməliyik. Biz hazırda Fələstin məsələsinin siyasi aspektlərini aradan götürmək və fələstinlilər üçün hər hansısa iqtisadi mənfəətlər təklifi üzərində fokuslanmaq cəhdlərini müşahidə edirik. Belə görünür ki, bu, bir növ rüşvətdir: bax, bu da sizə maliyyə vəsaitləri, amma, gəlin, müstəqillik, dövlət məsələlərini nə cürsə unudun“, – deyə o qeyd edib.

Lavrov bildirib ki, İsrailin BMT-dəki daimi nümayəndəsinin fikirlərindəki məntiqi anlaya bilmir.

O, özünün emosional nitqində İsrailin yəhudi dövlətinə sahib olmaq hüququnu müdafiə edirdi. Lakin əgər bu elədirsə, bəs fələstinlilərlə nə cür olsun? O zaman onların da dövləti olmalıdır“, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR