O, açıqlamasında bildirib ki, Qasim Süleymani fələstinli mücahidlərin başında yer alırdı.
Rasthaber Azərbaycan eastnews-a istinadən verdiyi xəbərə görə, Fələstinin "İslami Cihad" hərəkatının baş katibi Ziyad ən-Nəhalə İranın və general Qasim Süleymaninin Fələstin mübarizəsində rolundan danışıb.
O, açıqlamasında bildirib ki, Qasim Süleymani fələstinli mücahidlərin başında yer alırdı.
"İran İslam Respublikası fələstinli mücahidlərə dəstək olmaq üçün Qəzza zolağına silah yardımı həyata keçirdi.
Biz bu yardımları unuda bilmərik", - deyə Ziyad ən-Nəhalə diqqətə çatdırıb.
Ziyad ən-Nəhalə müqavimət cəbhəsinin bu gün mübarizəsini davam etdirdiyini sözlərinə əlavə edib.