Fələstin Rəhbərliyi sionist İsrailin İordan çayının qərb sahilində davam edən hücumlarının mülki hədəflərə getdikcə daha çox təsir etdiyini bildirərək, İsrailə hücumlarını dayandırması barədə xəbərdarlıq edib. Fələstin Administrasiyası həmçinin ABŞ-ı İordan çayının qərb sahilində zorakılığın artmasının qarşısını almaqda fəal rol oynamağa çağırıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Fələstin Prezidentinin sözçüsü Nabil Əbu Rudeyne verdiyi yazılı açıqlamada bildirilib:
"Biz işğalçı qüvvələri (İsraili) Qəzza zolağında müharibəyə qayıtmaq təhdidləri ilə Qərb Sahilinin şimalına dağıdıcı hücumlarını artırmağa qarşı xəbərdar edirik. Bu hücumlar 40.000 fələstinlini evlərini tərk etməyə məcbur etdi, evləri və məhəllələri partladıb, infrastrukturu dağıdıb."
Əbu Rudeyne, soyqırımçı İsrailin Qəzza zolağında etdiklərini İordan çayının qərb sahilində tamamlamağa çalışdığına diqqət çəkərək, ABŞ-ı müdaxilə etməyə və hücumları dayandırmaq üçün İsrailə təzyiq göstərməyə çağırıb.