Fələstin Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını (TŞ) Fələstin məsələsi ilə bağlı qətnamələrin yerinə yetirilməsi istiqamətində praktik addımlar atmağa səsləyib.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, əsasən də söhbət yəhudi yaşayış məntəqələrinin inşasının qeyri-qanuniliyini təsdiq edən və bu fəaliyyətin dayandırılmasını tələb edən 2 334 nömrəli qətnamədən gedir.
Bəyanatda beynəlxalq ictimaiyyətin İsrailin fələstinlilərə qarşı cinayətləri müqabilindəki sükutu pislənilir. Qeyd edilib ki, bu sükut İsrail tərəfini öz təcavüzkar hərəkətlərini davam etdirməyə daha da həvəsləndirir.
Bildirilib ki, İsrail Qüdsdə, əl-Əqvar rayonunda və Qərb sahilinin digər rayonlarında yəhudi yaşayış məntəqələrini genişləndirməklə və etnik təmizləmə aparmaqla fələstinlilərin mövcudluğuna qarşı açıq-aşkar müharibə aparır.