Fələstn XİN İsrail rejiminin Qüds şəhərinin şərq hissəsində yəhudilər üçün 10 min qeyri-qanuni yaşayış vahidi inşa etmək qərarını pisləyib.
Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, İsrailin bu qərarı qanuna zidd adlandırılıb.
Bildirilib ki, bu plan Qüdsün Fələstin dövlətinin qanuni paytaxtı kimi danışıqların gündəliyindən çıxarılması üçün şəhərin tarixi, hüquqi və etnik xəritəsini dəyişmək məqsədi daşıyır.
Fələstin beynəxalq ictimaiyyəti təcili şəkildə məsələyə müdaxilə etməyə və işğal edilmiş Fələstin torpaqlarında qeyri-qanuni yəhudi yaşayış məntəqələrinin inşası və genişləndirilməsi üzrə addımlara yol verməmə çağırıb.
Xatırladaq ki, rejim hazırda Qüdsün şərq hissəsinin yaxınlığında hava limanı ətrafında 10 min yaşayış vahidi tikmək istəyir. İsrail daha öncə də bu ərazidə qeyri-qanuni qəsəbələr salmağa cəhd edib, lakin beynəxalq təzyiq səbəbi ilə hər dəfə geri çəkilməli olub.