Fələstində 4,8 bal gücündə zəlzələ baş verib.
Az.rasthaber.com xəbər verir ki, Fələstinin WAFA agentliyinin məlumatına görə, Nablusdakı Əl-Nəcə Əl-Vətani Universitetinin Zəlzələ Mərkəzinin direktoru Cəlal əl-Dubeyk zəlzələnin episentrinin Nablus şəhərindən 13 kilometr şimalda olduğunu açıqlayıb. Dubeyk 4,8 bal gücündə zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyini bildirib.
Zəlzələ Qüds, Ramallah və Nablus şəhərlərində hiss olunub.
Zəlzələ nəticəsində can itkisi və ya maddi ziyanın olub-olmaması ilə bağlı hələlik açıqlama verilməyib.