Fələstində Uşaqlar Günü: 39 min uşaq yetim qaldı…

Fələstində Uşaqlar Günü: 39 min uşaq yetim qaldı…

Qəzza sektorunda müasir tarixin ən böyük böhranı yaşanmaqdadır.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Mərkəzi Statistika Bürosu 5 aprel Fələstin Uşaqlar Gününün yaxınlaşması ilə bağlı Qəzzadakı uşaqların vəziyyətinə dair açıqlama verib.

Belə ki, İsrailin Qəzza sektorunda 535 gündür törətdiyi və davam etdirdiyi soyqırım nəticəsində 39 384 uşaq valideynlərdən birini və ya hər ikisini itirib. Bu uşaqların təxminən 17 mininin hər iki valideyni İsrail ordusu tərəfindən qətlə yetirilib.

Digər tərəfdən də yetim qalan həmin uşaqlar İsrailin Qəzzaya qarşı davam etdirdiyi hərtərəfli blokada – havadan, sudan və qurudan mühasirə səbəbi ilə istənilən dəstəkdən də məhrum şəkildə ən çətin şəraitdə yaşayırlar.

Həmin uşaqlar faciəvi şəraitdə həyatını davam etdirir, onların əksəriyyətinin sosial nəzarət və psixoloji dəstəkdən demək olar ki, tam məhrumdur, onlar köhnə və yaşayış üçün yararlı olmayan çadırlar və dağılmış evlərə sığınmaq məcburiyyətində qalıblar.

Aclıq və digər humanitar problemlər Qəzzadakı uşaqları həyatını təhdid edir. Hazırda 60 mindən çox uşağın şiddətli aclıqdan əziyyət çəkdiyi ehtimal edilir.

Bölgədə uşaq iflici xəstəliyinin də yenidən yaşandığı qeyd edilir.

İsrailin 2023-cü il 7 oktyabrdan bəri qətlə yetirdiyi qəzzalı uşaqların sayı isə 17 954 nəfərdən çoxdur. Həmin uşaqların da 274-ü İsrailin bombardmanları şəraitində dünyaya gəlib və elə bu şəraitdə də həyatını itirib. 876 körpə 1 yaşına çatmadan qətlə yetirilib. 17 uşaq soyuqda vəfat edib, 52-si isə aclıq və zəif qidalanmadan dünyasını dəyişib.

2024-cü ilin məlumatlarına əsasən, Qəzza sektorunda (2,1 milyon) və Qərb sahilində (3,4 milyon) təxminən 5,5 milyon fələstinli yaşayır. Həmin şəxslərin də təxminən 43%-ni 18 yaşınadək olan uşaqlar təşkil edir.

Xəbəri paylaş

VİDEOLAR