Fələstində prezident və parlament seçkiləri keçiriləcək

Fələstində prezident və parlament seçkiləri keçiriləcək

Mahmud Abbas son 14 ildə ilk dəfə ümumi seçkilərin keçirilməsnə dair göstəriş verib

Rasthaber Azərbaycan xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas son 14 ildə ilk dəfə ümumi seçkilərin keçirilməsnə dair göstəriş verib.

Parlament seçkiləri 2021-ci 22 may, prezident seçkiləri isə 2021-ci il 31 iyul tarixində keçiriləcək.

Fələstin parlamentinə seçkilərin nəticələrinə əsasən 120 yerli qanunverici orqan formalaşdırılacaq.

Səsvermədə həm İordan çayının Qərb sahilinin, həm də Qəzza sektoru sakinləri iştirak edəcəklər.

Parlament deputatları həm də Fələstin Milli Şurasının üzvləri olacaqlar. MŞ 2021-ci il 31 avqustadək formalaşdırılacaq.

Mahmud Abbas fərmanı imzalamazdan öncə Fələstin Mərkəzi Seçki Komitəsinin sədri Hənna Nasir ilə görüş keçirib.

Xəbəri paylaş

VİDEOLAR