Fәlәstin xarici işlәr naziri Riyad әl-Maliki verdiyi bәyanatda BMT İnsan Hüquqları üzrә Şurasının qәrarını qiymәtlәndirib.
Rasthaber Azərbaycan xəbər verir ki, Fәlәstin Birlәşmiş Millәtlәr Tәşkilatının İnsan Hüquqları üzrә Şurasının İsrailin qeyri-qanuni şәkildә inşa etdiyi yaşayış mәntәqәlәrini qınamasını mәmnuniyyәtlә qarşıladığını açıqlayıb.
Fәlәstin xarici işlәr naziri Riyad әl-Maliki verdiyi bәyanatda BMT İnsan Hüquqları üzrә Şurasının qәrarını qiymәtlәndirib.
Riyad әl-Miliki deyib: ‘‘İşğal altındakı Fәlәstin torpaqlarında qeyri-qanuni şәkildә inşa edilәn yaşayış mәntәqәlәri ilә bağlı qәrar bu yaşayış mәntәqәlәrinә dәstәyin dayandırılmasının vacibliyini qeyd edir’’.
Fәlәstin xarici işlәr naziri Birlәşmiş Millәtlәr Tәşkilatının İnqan Hüquqları üzrә Şurasının İsrailin qeyri-qanuni şәkildә inşa etdiyi yaşayış mәntәqәlәrini qınamasını mәmnuniyyәtlә qarşıladığını bildirib.
Qeyri-qanuni yaşayış mәntәqәlәrinin inşasının dayandırılmasının әhәmiyyәtini vurğulayan Maliki qeyd edib ki, bu addımlar sülh vә iki dövlәtli hәll prosesinә zәrbә vurur.