Fələstin tərəfdarları İsrail səfirini tədbirdən qovdular - LONDONDA

Fələstin tərəfdarları İsrail səfirini tədbirdən qovdular - LONDONDA

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Tələbələr İttifaqı tərəfindən təşkil edilmiş müzakirə forumu Fələstinə dəstək və İsrailin işğal və yəhudiləşdirmə siyasətinə qarşı nümayişə çevrilib.

Az.rasthaber.com SANA-ya iss=tinadən xəbər verir ki, gəmin tədbirdə İsrail rejiminin Birləşmiş Krallıqdakı səfiri Tsipi Xotoveli də iştirak edib.

Nəticədə Xotovelini gücləndirilmiş mühafizə altında təxliyyə etmək zərurəti yaranıb, çünki forum iştirakçıları İsrail və Xotoveli əleyhinə şüarlar səsləndirirdilər.

İştirakçılar İsrail rejimi səfirinin iştirakı ilə bağlı narazılıqlarını ifadə ediblər və fakültə administrasiyasını irqçilik, müstəmləkəçilik siyasəti yürüdənlərə və fələstinlilərə zülm edənlərə çıxış şəraiti yaratmaqda ittiham ediblər.

Xəbəri paylaş

VİDEOLAR