Fələstin müqavimətindən sionistlərə ağır zərbə!

Fələstin müqavimətindən sionistlərə ağır zərbə!

Sionist İsrail mediası 52-ci batalyon komandiri polkovnik-leytenant Daniel Ellanın yaralanaraq xəstəxanaya yerləşdirildiyini, 401-ci rota komandiri mayor Jalaa Abrahamın isə öldürüldüyünü açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstinli mücahidlər Qəzzada soyqırımını davam etdirən işğalçı sionist İsrailə zərbə ardınca zərbə vurmağa davam edir.

Rəfahın Tel əl Sultan bölgəsində 401-ci Zirehli Briqadanın 52-ci Batalyon komandiri polkovnik-leytenant Daniel Ella fələstinli mücahidlər tərəfindən vurularaq zərərsizləşdirilib. Yaralı sionist işğalçı polkovnik-leytenant Daniel Ellanın xəstəxanaya aparıldığı görüntüləri İsrail mediasında yayılıb.

Həmin gün İsrail ordusundakı 601-ci Mühəndislik Batalyonunun 401-ci rotasının komandiri, sionist mayor Jalaa Abraham Rəfahda tank əleyhinə raketlə öldürülüb və zərərsizləşdirilib.

Xəbəri paylaş

VİDEOLAR