Fələstinin Qəzza zolağında yaradılan və bütün müqavimət qruplarının da yer aldığı "Ortaq Əməliyyat Qərargahı" adlı təşkilat yazılı açıqlama yayıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, yazılı açıqlamada son 11 günlük müharibədə Fələstin xalqının müqavimət cəbhəsinə verdiyi dəstək yüksək qiymətləndirilib və təşəkkür edilib.
"Əgər İsrail rejimi Qüdsdə və digər Fələstin torpaqlarında eyni şeyi təkrar etsə, son sözü biz deyəcəyik. Bu dəfə cavabımız əvvəlkindən daha dağıdıcı olacaq", - deyə yazılı açıqlamada diqqətə çatdırılıb.
Qeyd olunub ki, Fələstin xalqı hər bir halda müqavimət cəbhəsinin arxasındadır və İsrail rejimi terrorçu iddialarını heç bir halda sübut edə bilməz.