5.04.2022 15:02:27
Fələstin müqavimət qrupları, işğal altındakı Qüdsün Babul-Əmud bölgəsindəki sionist hücumlarının, keçən ilki hadisələrin və Qəzzadakı müharibənin təkrar baş verməsinə yol aça biləcəyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin mediası, işğalçı İsrail qüvvələrinin, Ramazan ayında da fələstinlilərə hücumundan geri qalmadığını və Babul-Əmud və Məscidül-Əqsada 19 fələstinlini yaraladığını bildirib.
Həmçinin, Fələstin İslami Cihadının hərbi qolu sionist rejimə xəbərdarlıq etmək üçün, Qəzza zolağının müxtəlif bölgələrində hərbi təlimlər keçirib.
İslami Müqavimət Hərəkatının (HƏMAS) Qüds sözçüsü Məhəmməd Həmadə, İsrailin işğalçı rejiminin xarici işlər naziri Yair Lapidin işğal altındakı Qüdsün Bab əl-Amud bölgəsinə basqının son dərəcə təhlükəli bir provakasiya olduğuna və bundan yaranacaq nəticələrdən də İsrail rejiminin məsuliyyət daşıdığını bildirib.
Həmadə daha sonra bildirib:
"Xalqımız Qüdsü və Məscidül-Əqsanı güclə və hər vasitə ilə müdafiə edəcəklərinə dair özlərinə söz verib".