Fəth hərəkatının hərbi qolu olan «Kətaib Ələqsa» qrupunun komandanlarından biri vurğulayıb ki, bu müharibə sionist rejim Fələstin xalqının tələblərinə təslim olanadək davam edəcək.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verinə görə, o, "Al Alam" informasiya kanalı ilə müsahibəsində deyib ki, bu uzun bir savaşdır və indiyədək atəşkəs barədə heç bir söhbət edilməyib.
Bu Ələqsa komandanı sionist rejimə xitabən deyib ki, Qüdsün vəziyyəti sabiq qaydaya qayıtmadan atəşkəsdən söz gedə bilməz.
"Ələqsa şəhidləri" batalyonu son vaxtlar bir bildirişdə öz qüvvələrindən istəyib ki, sionist qəsəbə sakinlərini və sionist rejimin əsgərlərini başlı-başına buraxmasınlar.
Bu batalyonlar öz qüvvələrinə xitabən bildiriblər ki, qəhrəman fələstinlilər Qərb sahilindəki sionist rejim düşərgələrini, qəsəbələri və yolları özləri üçün bir hədəfə və düşmən üçün dözülməz bir cəhənnəmə çevirməlidirlər.
Bununla bağlı, Əlqəssam batalyonlarının sözçüsü Əbu Ubəydə qərb sahilinin sakinlərindən istəyib ki, sionistlərin ayaqları altındakı yeri cəhənnəmə çevirsinlər.
"Səraya Əl-Quds" batalyonunun sözçüsü Əbu Həmzə də qərb sahilinin sakinlərindən istəyib ki, sionist düşmənlə döyüş miqyasını genişləndirsinlər.