“Sərt künc-2” adlanan təlim, Fəth Hərəkatı başda olmaqla digər Fələstin qruplarının hərbi qüvvələrinə rəhbərlik edən “Müqavimət Qruplarının Birgə palatası” tərəfindən həyata keçirib.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Müqavimət Qruplarının Birgə Palatasının komandirlərindən Əhməd Nevfel hərbi təcrübə mübadiləsi, müxtəlif çətinlik və təhdidlərə hazır olmaq məqsədi ilə təşkil edilən təlimlə bağlı açıqlamasında:
“Təlim ilə müqavimət ideyasından imtina edilməyəcəyi və Fələstin qruplarının birlik və həmrəyliklərinin davam edəcəyi daha bir dəfə təsdiqlənib.
"Qəzza sərhədindəki divarlar da İsraili qorumayacaq. Müqavimət qüvvələri yenidən söz sahibi olacaq", - deyə əlavə edilib.