Fələstin müqavimət fraksiyaları: Silahlı mübarizə davam etdiriləcək

Fələstin müqavimət fraksiyaları: Silahlı mübarizə davam etdiriləcək

Fələstinin müqavimət fraksiyaları Balfur Deklarasiyasının Fələstin xalqına qarşı insani cinayətlərin davamı olduğunu bəyan edib.

Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, müqavimət fraksiyaları fələstinlilərin müqavimət və öz torpaqlarına geri dönmək hüquqlarının olduğunu qeyd edib.

Balfur Deklarasiyasının qəbul edilməsinin 104-cü ildönümü səbəbi ilə edilən bəyanatda deyilib ki, Fələstin xalqının silahlı mübarizə aparmaq haqqı var.

Qeyd edilib ki, fələstinlilərin sonradan gəlmələri qovmaq, Fələstin torpaqlarını azad emək və bütün fələstinlilərin öz evlərinə geri qayıtmaq hüququ var.

Əlavə edilib ki, bu, müqavimətin əsas məqsədləridir və bu məqsədlərdən geri dönülməyəcək və ona xəyanət edilməyəcək, çünki bu, Fələstin xalqının hüququnu və tarixi ədaləti bərpa etməyin yeganə yoludur.

Xəbəri paylaş

VİDEOLAR