Fələstin İslami Cihadı: İsrailli əsirlərin geri qayıtmasının yeganə yolu budur

Fələstin İslami Cihadı: İsrailli əsirlərin geri qayıtmasının yeganə yolu budur

Fələstin İslami Cihad Hərəkatının hərbi qanadı "Qüds Briqadaları"nın sözçüsü sionist rejim əsirlərinin təhvil verilməsinin təxirə salınmasından sonra ABŞ prezidentinin Qəzzəyə qarşı təhdidlərinə reaksiya verərək deyib: “İsrailli əsirlərin geri qayıtmasının yeganə yolu sionist rejimin atəşkəs razılaşmasının şərtlərinə əməl etməsidir.”

Az.rasthaber.com xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının hərbi qanadı olan Qüds Briqadalarının sözçüsü Əbu Həmzə deyib: “Əl-Əqsa Tufanı əməliyyatının başlamasından indiyədək baş verən ardıcıl hadisələr onu göstərir ki, əsirlərin geri qaytarılması və sabitliyin bərqərar olması üçün yeganə yol əsir mübadiləsi razılaşmasının həyata keçirilməsidir.”

 

“Bu, Fələstin müqaviməti öz vəzifəsini bacardığı qədər yerinə yetirdiyi, digər tərəfdən isə düşmən öz əsirlərini təhlükəli və qeyri-müəyyən şəraitdə qoyduğu bir haldadır” - deyə, o, əlavə edib.

 

Əbu Həmzə işğalçı rejimin Fələstin xalqı qarşısında götürdüyü öhdəliklərə əməl etməməsi və atəşkəs razılaşmasının davamlı şəkildə pozulmasının nəticələrinə görə məsuliyyət daşıdığını bəyan edərək deyib: “Müqavimətin baxışında israilli hərbi əsirlərin taleyi birbaşa Netanyahunun hərəkətləri ilə bağlıdır.”

Xəbəri paylaş

VİDEOLAR