Fələstin İslami Cihad hərəkatı yekun bəyanatın məzmununu və ərəb ölkələri başçılarının fövqəladə iclasında irəli sürülən mövqeləri müsbət hesab edərək, eyni zamanda vurğulayıb ki, bu qərarlar sionist rejim və ABŞ-ın Fələstin xalqı və ərəb ölkələrinin mövqeyi qarşısında qoyduğu çağırışlara cavab vermir.
Az.rasthaber.com xəbər verir ki, İslami Cihad Hərəkatı bəyanatında vurğuladı: Ərəb dövlət başçılarının görüşünün nəticələrini və bütün çıxışlardakı tələbləri yaxşı qiymətləndirsə də, eyni zamanda məcburi köçün qarşısının alınması, Qəzzanın yenidən qurulması, Qəzzada, İordan çayının qərb sahilində və Qüdsdə təcavüzün tamamilə dayandırılması kimi mühüm məsələlərə cavab vermir və bu məsələlər hələ də praktiki həll yolu olmadan qalır.
Digər tərəfdən, Fələstinin Azadlığı Xalq Cəbhəsi Qahirə iclasının yekun bəyanatını alqışlayaraq, qərarlarının dərhal və əməli şəkildə həyata keçirilməsinin, o cümlədən təcavüzün tamamilə dayandırılması və Qəzzanın xarici müdaxilə olmadan yenidən qurulmasının başlanmasının zəruriliyini vurğulayıb.