'Fələstin İslam dünyasının bir nömrəli məsələsidir'

'Fələstin İslam dünyasının bir nömrəli məsələsidir'

Ümumdünya Qüds Günü ərəfəsində açıqlama verən İran İslam Şurasının sədri bildirib ki, Fələstin İslam dünyası və İslam ümmətinin ilk məsələsidir.

Az.rasthaber.com "Parstoday"a istinadən xəbər verir ki, İran İslam Şurasının sədri Məhəmməd Baqir Qalibaf jurnalistlərə açıqlamasında, "Ümumdünya Qüds Günü"nün İmam Xomeyni tərəfindən adlandırılmasına işarə edərək bildirib:

"Bütün İslam ümməti və dünyanın azadlıqsevər xalqı Qüds günündə məzlum Fələstin xalqına dəstək yürüşlərinə qatılacaq".

Qalibaf bu il Beynəlxalq Qüds Gününün xüsusi xüsusiyyətlərə malik olduğunu bildirərək, Fələstin xalqının işğal olunmuş torpaqlarda mübarizəsinin yeni şəkil aldığını və sionist rejimin bundan çox qorxduğunu vurğulayıb.

Qalibaf daha sonra əlavə edib:

"İran xalqının və digər müsəlman xalqların, həmçinin, dünyanın azadlıqsevər insanlarının vəzifəsi, məzlum Fələstin xalqını və bu müqəddəs torpaqlarda insan haqlarını, insanlığı və İslamı müdafiə etməkdir".

Xəbəri paylaş

VİDEOLAR