Çexiya martın 11-də Qərbi Qüdsdə Tel-Avivdəki səfirliyinə bağlı diplomatik bir nümayəndəlik açıb.
Fələstin Çexiyanın Qüdsdə diplomatik nümayəndəlik açmasını “beynəlxalq hüquqa qarşı açıq pozuntu” adlandırıb. Ölkənin Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda bildirilir: “Çexiyanın atdığı bu addımı qınayırıq. Bu, Fələstin xalqına və haqlarına qarşı açıq bir hücumdur. Çexiyanın qərarı Avropanın 1967-ci ildə işğal edilən Fələstin torpaqlarının ayrılmaz parçası olan Qüdsün hüquqi və siyasi statusuna ziddir.
Fələstin Ərəb, İslam və Avropa ölkələrinin Çexiyanın bu təhlükəli qərarından dönməsi üçün etdikləri çağırışlarına baxmayaraq, israrçı davranır.
Çexiyanın bu addımı İsrail ilə Fələstin arasındakı sülh müzakirələrinin yenidən başlaması ilə bağlı görülən işlərə də zərər verəcək.
Fələstin hökuməti bu qərarın təkcə Orta Şərqdə sülh prosesinə qarşı deyil, Fələstinin ərəb və İslam ölkələriylə əlaqələrinə də mənfi təsir göstərəcəyi üçün nəticələrdən Çexiyanın məsuliyyət daşıdığını bildirir.
Avropa İttifaqı (Aİ) ölkələrini, Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cosep Borreli Çexiyanın bu qərarından vaz keçməsi üçün müdaxilə etməyə çağırırıq.
Xatırladaq ki, Çexiya martın 11-də Qərbi Qüdsdə Tel-Avivdəki səfirliyinə bağlı diplomatik bir nümayəndəlik açıb.