Ümumdünya Səhiyyə Asambleyasında Fələstinlə bağlı beynəlxalq qərarlarda əleyhinə səs verdiklərinə görə onlara etiraz olunub
Fələstin Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı İnsan Haqqları Şurası və 74-cü Ümumdünya Səhiyyə Asambleyasında Fələstinlə bağlı beynəlxalq qərarlarda əleyhinə səs verdikləri üçün İngiltərə, Avstriya, Çexiya və Bolqarıstan səfirlərini nazirliyə çağıraraq etiraz notası verib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyindən edilən yazılı şərhdə deyilir: “Nazir müavini Emel Cadu çağırılan səfirlərə bu dövlətlərin belə səsvermələrdə İsrail hökumətinə yaşıl işıq yandırdıqlarını, İsrailin işğal siyasətini daha da dərinləşdirməsi üçün yeni ərazi axtarışı və cəzadan qaçma məsuliyyətsizliyini gücləndirdiyini bildirib, həmin ölkələrin nazirliklərindən izah tələb edib”.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı İnsan Haqqları Şurası 27 mayda İsveçrənin Cenevre şəhərindəki iclasında İsrailin insan haqqları pozuntularını araşdırmaq üzrə fövqəladə müstəqil beynəlxalq istintaq komissiyası qurulması ilə bağlı qərar qəbul olunub. Bundan əvvəl 26 mayda isə toplanan 74-cü Ümumdünya Səhiyyə Asambleyasında Türkiyənin də dəstək verdiyi işğal altındakı Fələstin torpaqlarındakı sağlıq şərtlərinə bağlı qanun layihəsi İsrailin səylərinə baxmayaraq qəbul edilib.