Fələstin Azadlıq Hərəkatı (FAH) Mərakeş rəhbərliyinin mövqeyini pisləyib.
Xatırladaq ki, Mərakeş və İsrail rejimi arasında təhlükəsizlik sahəsində razılıq əldə edilib.
Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, FAH İcra Komitəsindən bildirilib ki, həmin sənəd İsrail rejiminin müdafiə naziri Benni Qansın 24-25 noyabrdakı Rabat səfəri zamanı imzalanıb.
FAH İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Qüds Komitəsinin sədri statusuna sahib Mərakeşin “bu cür təhlükəli addım atacağını” gözləmədiyini qeyd edib.
Əlavə edilib ki, sözügedən müqavilə ərəblərin milli təhlükəsizlik və maraqları ilə ziddiyət təşkil edir.
FAH rəsmi Rabatı bu razılıqlardan imtina etməyə çağırıb.