Filippində iki partlayış: Ölən və yaralananlar var

Filippində iki partlayış: Ölən və yaralananlar var

Filippinin cəbununda bir saat fərqlə iki partlayış baş verib.

Rasthaber AFP-yə istinadən xəbər verir ki, Filippinin cəbununda bir saat fərqlə iki partlayış baş verib.

Sulu əyalətinin Xolo şəhərində baş vermiş partlayışlar nəticəsində 9 nəfər həyatını itirib, 17 nəfər isə yaralanıb.

Məlumata görə, 1-ci partlayış ərzaq mağazasının, 2-ci isə birinci insident yerindən 70 metr aralıda yerləşən kilsənin yaxınlığında baş verib.

Digər mənbə isə qeyd edir ki, ilk partlayış orduya məxsus yük maşınının yanında baş verib və 5 nəfər hərçi həlak olub. Əyalətin ordu rəsmisi Reks Payot deyib ki, ölən əsgərlər koronavirus pandemiyası ilə mübarizə çərçivəsində yerli rəhbərliyə yardım edirdi.

Xəbəri paylaş

VİDEOLAR