Filippində fırtına səbəbilə 50 mindən artıq insan təxliyə olundu

Filippində fırtına səbəbilə 50 mindən artıq insan təxliyə olundu

Filippinin bir neçə əyalətində "Dutszyuan" fırtınasının yaxınlaşması nəticəsində baş verən daşqınlar səbəbilə 51 min insan təxliyə edilib.

Rasthaber Azərbaycan Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarədən bildiriblər.

Məlumata əsasən, cari ilin ilk tropik fırtınası Filippin sahillərinə fevralın 22-si çatacaq. Sahilə çatana qədər fırtınanın tropik depressiyaya qədər zəifləyəcəyi istisna edilmir.

Bildirilir ki, yerli vaxtla saat 19:00 üçün fırtınanın episentri Suriqao şəhərindən 275 kilometr şərqdə olub və şimal-qərb istiqamətində hərəkət edib.

Xəbəri paylaş

VİDEOLAR