FİFA-nın internet saytında Qətərdə keçiriləcək dünya çempionatı üçün endirimli biletlər təklif edən bölmə Yaxın Şərq ölkələri siyahısından qondarma İsrail sözünü çıxarıb.
Az.rasthaber.com xəbər verir ki, Sionist rejimin "Yediot Ahronot" qəzeti yazıb: "FİFA-nın internet saytında Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün endirimli paketlər təklif edən bölmə İsraili silib və əvəzinə "İşğal edilmiş Fələstin Əraziləri"ndən istifadə edib.
Bu sionist qəzetin məlumatına görə, FİFA portalının bu hissəsi Qətər vətəndaşı tərəfindən idarə olunur və yaşayış yerinə əsasən bilet almaq imkanı var.
Bundan əvvəl sionist rejimin müvəqqəti baş naziri Yair Lapid tvitter hesabında yazmışdı ki, işğal olunmuş ərazilərdəki futbol azarkeşləri dünya çempionatını şəxsən izləmək üçün Qətərə gedə bilərlər.
22-ci futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.