Fanatik yəhudilər İsrail polisinin müşayiəti altında Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə basqın edib.
Az.rasthaber.com xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyinin Qüds İslami Vəqflər İdarəsinə istinadən yaydığı məlumata görə, onlarla fanatik yəhudi İsrail polisinin müşayiəti altında Əl-Əqsa məscidinə basqın edib.
Məlumata görə, fanatik yəhudilər Əl-Əqsa məscidinin həyətində bəzi dini rituallar həyata keçiriblər. Səhər saatlarında başlayan basqın zamanı yəhudilərin fələstinliləri təxribata çəkməyə çalışdığı bildirilib.
İsrail qüvvələri ibadət etmək üçün gələnlərin məscidə daxil olmalarına icazə verməyib.