Etirazçılara atəş açıldı, ölən var - VİDEO

Etirazçılara atəş açıldı, ölən var - VİDEO

Sietl şəhərində bir şəxs avtomobili etirazçıların üstünə sürüb.

ABŞ-ın Sietl şəhərində bir şəxs avtomobili etirazçıların üstünə sürüb.

Rasthaber Azərbaycan "Sputnik"ə istinadən xəbər verir ki, bu haqda  "Seattle Times" məlumat yayıb.

Məlumata görə, naməlum şəxs daha sonra maşından çıxaraq nümayişçilərə atəş açıb.

Qeyd olunur ki, insident nəticəsində bir nəfər ölüb.

Şəhər polis departamentindən bildirilib ki, şübhəli şəxs saxlanılıb, yaralı şəxs isə xəstəxanaya yerləşdirilib. İnsidentin digər təfərrüatları isə araşdırılır.

Qeyd edək ki, öncə afroamerikalı Corc Floydun polis tərəfindən saxlanmasından sonra ölməsinə görə etirazlar insidentin baş verdiyi Minneapolis şəhərində başlayıb.

Qısa müddət ərzində iğtişaşlar bütün ABŞ-ı bürüyüb, daha sonra isə ölkənin sərhədləri xaricinə də çıxıb. Yüzlərlə insan əllərində "Mən nəfəs ala bilmirəm" və "Ədalət yoxdursa, dünya da yoxdur" plakatlarıyla Niderland, İspaniya, Argentina, Böyük Britaniya və Almaniya küçələrinə axışıb. Yunanıstanda etiraz edənlər Amerika konsulluğu önündə ABŞ bayrağını yandırıblar. Kanada və Fransada etirazlar isə qiyamlarla nəticələnib, polislər etiraz edənləri yatırmaq üçün bibər qazından istifadə etməli olublar.

Xəbəri paylaş

VİDEOLAR