Ermənistanda müharibə veteranları nazirlik binası önündə aksiya keçirib

Ermənistanda müharibə veteranları nazirlik binası önündə aksiya keçirib

Qarabağda gedən hərbi əməliyyatlarda iştirak etmiş şəxslər Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısında etiraz aksiyası keçiriblər.

Qarabağda gedən hərbi əməliyyatlarda iştirak etmiş şəxslər Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısında etiraz aksiyası keçiriblər.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, etiraz edən müharibə iştirakçıları hələ hərbi biletlərini geri almadıqlarını və onların döyüş əməliyyatlarında iştirak faktının heç bir yerdə qeyd edilmədiyini bildiriblər.

“Müharibənin bitməsindən üç ay keçib, amma hərbi biletimi qaytarmayıblar və müharibədə iştirak etdiyimi təsdiqləyən sənəd verməyiblər. Qanuna görə biz müharibədə iştirak etdiyimiz üçün pul almalıyıq, amma hələ heç bir şey almamışam”, - deyə etirazçılardan biri qeyd edib. 

“Bizim adlarımız heç bir yerdə qeydiyyatda deyil. Bütün bunlar üçün heç kim məsuliyyət daşımır”, - deyə etirazçı bildirib.

Daha sonra etirazçılar Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşüblər.

Nazirlikdən bildirilib ki, etirazçılar hərbi biletlər üçün Mərkəzi Hərbi Komissarlığa müraciət etməlidir. 

Xəbəri paylaş

VİDEOLAR