Ermənistanda koronavirusa yoluxanların sayı 663-ə çatıb, hərbçilər də yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 663-ə çatıb, hərbçilər də yoluxub

Aprelin 1-dən Ermənistan Komendaturasının qərarı ilə, ölkədə fövqəladə vəziyyət rejimi şəraitində tətbiq edilən bir sıra məhdudiyyətlər daha da sərtləşdirilib

Aprelin 1-dən Ermənistan Komendaturasının qərarı ilə, ölkədə fövqəladə vəziyyət rejimi şəraitində tətbiq edilən bir sıra məhdudiyyətlər daha da sərtləşdirilib və daha 10 gün müddətinə uzadılıb.

Bu gün isə məlum oldu ki, aprelin 2-nə olan rəsmi məlumata görə, son bir sutkada daha 92 virusa toluxma halı qeydə alınıb və yoluxanların ümumi sayı 663-ə çatıb.

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 16-dan aprelin 14-dək Ermənistanda fövqəladə vəziyyət elan edilib.

Aprelin 12-nə kimi davam edəcək məhdudiyyətlər bəzi iqtisadi fəaliyyət növləri və azad hərəkət etmək azadlıqlarına aiddir, Vahid İnformasiya Mərkəzi bildirir.

Yeni qərara görə, ictimai nəqliyyatın hərəkəti tamamilə dayandırılır, dəmiryol nəqliyyatı və taksidən başqa.

Vətəndaşların bölgələrası hərəkəti məhdudlaşdırılır. Daha 1-2 istiqamətdən başqa, ev-iş yeri marşrutunda hərəkət etmək olar.

Şəxsi minik avtomobili ilə ailə və eyni şirkət (müəssisə) üzvələri daşına bilər.

İş yerinə yollanarkən müəssisə rəhbəri tərəfindən təqdim edilmiş sənəd olmalıdır.

Ermənistan parlamenti çərşənbə axşamı Mənim Addımım əksəriyyət təşkil edən iqtidar fraksiyasının səsləri hesabına ölkə ərazisində telefon zənglərini izləyərək, onların hərəkət etmə və təmas dairəsini müəyyən etmək icazəsi verən qanun layihəsini qəbul edib. Qanun layihəsini həmin gün Prezidient Armen Sarkisyan imzası ilə təsdiqləyib.

Hökumət koronavirusa yoluxan şəxslərin müəyyən edilməsi üçün onlara dair informasiyanın - hərəkət etdikləri yerlər, telefon danışıqları, yazışmaları - aşkarlanmasını təklif edir.

Müxalif fraksiyalar bu qanun layihəsinin demokratiya qaydalarına zidd, insan azadlıqlarının pozulması hesab edir və vətəndaşlar haqqında toplanan şəxsi informasiyanın gələcəkdə onlara qarşı istifadə etmək təhlükəsi yaratdığını deyirlər.

Hakimiyyət məlumatın yalnız koronavirusla mübarizə üçün istifadə ediləcəyi və yoluxma təhlükəsi ləğv edildikdən sonra bütün toplanan informasiyanın ləğv ediləcəyini bildirir.

Martın 25-nə keçən gecədən Ermənistan ərazisində vətəndaşların azad hərəkət etmə hüquqları məhdudlaşdırılıb, fövqəladə vəziyyət qaydalarının pozulması üçün inzibati və cinayət cəza tədbirləri nəzərdə tutulur.

Ərzaq məhsulları istehsal edən və onların satış nöqtələrindən, aptek və tibb müəssisələrindən başqa bütün idarə və təşkilatlar bağlanır.

Bayırda bir yerdə 2 nəfərdən artıq toplaşmaq, taksi və fərdi avtomobildə sürücü ilə bir yerdə iki nəfərdən artıq adamın olması qadağan edilir.

Vətəndaşlar xüsu bildiriş vərəqəsi ilə mağazaya, aptekə, ehtiyacı olana baş çəkməyə və sairə yerlərə gedə bilərlər. Bundan başqa, bayıra çıxarkən pasport və ya şəxsiyyəti təsdiq edən hər hansı sənəd də olmalıdır.

Bildiriş vərəqələri əllə yazmaq və çap etmək olar. Bildirişdə vətəndaşın adı, atasının adı və soyadı, haradan haraya, saat neçədə çıxdığı və neçədə qayıdacağı göstərilməlidir.

Bir gün sonra həkimlər və öz vəzifəsini yerinə yetirən jurnalistlər üçün hərəkət məhdudiyyətləri ləğv edilib.Fövqəladə vəziyyət şərtlərinin yerinə yetirilməsinə polis nəzarət edir. Polis istənilən şəxsi saxlayıb, sənədlərini yoxlaya və sorğu edə bilər.

Aprelin 1-nə olan məlumata görə, Ermənistanda koronavisa yoluxanların təsdiqlənmiş ümumi sayı 571-ə çatıb. Son bir sutkada 39 yeni yoluxma halı aşkarlanıb, Səhiyyə Nazirliyi Xəstəkliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi bildirir.

32 pasientin sağaldığı, 4-nün xəstəlikdən vəfat etdiyi xəbər verilir. 2704 Covid-19 virusuna keçirilən testin nəticəsi mənfi olub, yoluxma halı aşkar edilməyib.

Aprelin 1-də xəstəxanada koronavirusdan müalicə olunan 89 yaşlı pasient vəfat edib, SəhiyyəNazirliyinin mətbuat katibi Alina Nikoğosyan Fasebook statusunda qeyd edib.

Müalicə olunan pasientlərin 90 nəfərində ağciyər iltihabı aşkarlanıb, 30 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir, öz Facebook müraciətində Baş nazir Paşinyan qeyd edib.

Yoluxanların 14-ü Səhiyyə Nzirliyi Xəstəkliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin əməkdaşlarıdır.

Son məlumatlara görə, virusa yoluxanlar arasında 1 nəfər Fövqəladə Hallar Nazirliyinin xilasedici xidmətinin əməkdaşı da var. O, həyat yoldaşından yoluvub. Xilasedici ilə təmasda olan 11 FHN işçisi təcrid edilib, Yerevanda mətbuat konfransında Xilasetmə Xidmətinin rəhbəri, general-mayor Vrej Qabrielyan deyib.

Covid-19 virusu üç tibb işçisində də aşkarlanıb: təcili yardım sürücüsü və həkimində, daha əvvəl isə Yerevanın Nork yoluxucu xəstəxanasının tibb bacısında.

Səhiyyə naziri Arsen Torosyanın sözlərinə görə, bəzən tibb işçilərinin yoluxması qaçılmazdır. Onların virusdan qorunmaq üçün lazımınca təchiz edilməsinə baxmayaraq, onlar pasientlərlə daimi ünsiyyətdə olur və bəzən yoluxurlar, Yerevanda növbəti mətbuat konfransında Ermənistan Səhiyyə naziri deyib.

Hazırda hər üç tibb işçisi təcrid edilib və onların səhhəti və həyatına heç bir təhlükə yoxdur, Torosyan deyib.

Virus orduya müdaxilə edir

Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın Facebook səhifəsində yazısına görə, Ermənistan Silahlı Qüvvələrində rəsmən 6 hərbçinin Covid-19 virusuna yoluxduğu təsdiq edilib.

Şuşan Stepanyanın sözlərinə görə, bütün bu 6 hərbçinin yoluxma mənbəyi eynidir, hərbçilərdən biri öz həyat yoldaşından yoluxub.

Ötən həftə Ermənistan hərbi hissələrindən birində Covid-19 virusu ilə bağlı test nəticəsində 3 hərbçinin yoluxduğu aşkar olub. Bu barədə Yerevanda jurnalistlərə Ermənistan müdafiə naziri David Tonoyan məlumat verib.

Tonoyanın sözlərinə görə, daha əvvəl hərbçilərdən birinin ailə üzvündə koronavirus xəstəliyi müəyyən edilibmiş.

Sözügedən hərbçilər təcrid edilib, onların vəziyyəti məqbul qiymətləndirilir, birinin azacıq temperaturu var, nazir Tonoyan deyib.

Hərbçilərlə yaxın təmasda olan şəxslər nəzarətə alınıb, həmin hərbi hissənin daha 32 hərbçisi Covid-19 testi keçib.

BBC Azərbaycanca

Xəbəri paylaş

VİDEOLAR