Ermənistan sülh danışıqlarına hazırdır - Paşinyan

Ermənistan sülh danışıqlarına hazırdır - Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan bazar ertəsi, yanvarın 24-də keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlara hazır olduğunu bəyan edib.

Az.rasthaber.com "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır, ancaq bu razılaşma tərtib edilməli, formalaşdırılmalıdır.
 
Paşinyan vurğulayıb ki, bu, danışıqların mövzusudur.
 
1992-ci ildə Azərbaycan və Ermənistan parlamentlərinin MDB sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınması, sərhədlərin toxunulmazlığı barədə sənədləri ratifikasiya etdiyini yada salan Paşinyan bildirib ki, "bir çox məsələ və detallar həll olunmamış qalıb və bunun üçün danışıqlar aparılmalıdır".
 
Eyni zamanda Paşinyan məlumat verib ki, Yerevan Bakı ilə Moskvaya sərhəddə təhlükəsizlik və sabitliyin artırılması barədə təkliflərini verib. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası barədə də.
 
Ermənistan baş naziri prosesin bu detallarını açıqlamasa da, həmin komissiyanın mümkün qədər tez formalaşdırılmalı olduğunu deyib.

Xəbəri paylaş

VİDEOLAR