Ermənistan Azərbaycanla sərhəd bölgəsində anti-Rusiya təxribatı həyata keçirib

Ermənistan Azərbaycanla sərhəd bölgəsində anti-Rusiya təxribatı həyata keçirib

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində rusiyalı hərbçilərin səhra düşərgəsi salması barədə məlumatlar növbəti dəfə feyk xəbər olub.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın “avia.pro” nəşri yazıb.

Qeyd edək ki, ötən gün sərhəd bölgəsində, Ermənistanın Qafan şəhəri ilə Azərbaycanın işğaldan azad edilmiş Qubadlı şəhəri arasında hərbi texnikaların və Rusiya bayraqlarının yer aldığı fotogörüntülər yayılıb.

Bəzi erməni KİV-ləri həmin ərazinin ölkənin cənubundakı Sünik vilayətinin Teq kəndi yaxınlığında olduğunu yazıb. Amma görüntülərdə əks olunan əsgərlər ruslardan daha çox ermənilərə bənzəyir. İstisna olunmur ki, bu, Ermənistanın Rusiyanı münaqişəyə cəlb etmək üçün növbəti cəhdidir.

Bu addımın Ermənistanın növbəti təxribatı addımı olduğunu təsdiq edən daha bir fakt Rusiya tərəfindən həmin bölgədə qüvvələrin yerləşdirilməsi barədə hər hansı bir rəsmi açıqlamanın olmamasıdır.

Xəbəri paylaş

VİDEOLAR