Ermənilərin son təxribatında Azərbaycan Ordusunun hərbçiləri şəhid olub

Ermənilərin son təxribatında Azərbaycan Ordusunun hərbçiləri şəhid olub

Ermənilərin son təxribatında Azərbaycan Ordusunun hərbçiləri şəhid olub.

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Xəbəri paylaş

VİDEOLAR