Ermənilər minlərlə olan itkilərin tədricən açırlar: “555 əsgərimiz öldü”

Ermənilər minlərlə olan itkilərin tədricən açırlar: “555 əsgərimiz öldü”

Qondarma rejim ötən gün itkilərinin bir hissəsinin üstünü açaraq rəqəmin 555-ə çatdığını elan edib.

Rasthaber Azərbaycan “İntefaks”-a istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma Dağlıq Qarabağ rejimi böyük saydakı canlı itkilərini gizlədə bilməyərək tədricən onları açıqlamaq məcburiyyətindədir.

Qondarma rejim ötən gün itkilərinin bir hissəsinin üstünü açaraq rəqəmin 555-ə çatdığını elan edib.

Xatırladaq ki, Azərbaycan ordusu işğalçı və separatçılara qarşı apardığı əməliyyatlar zamanı düşmənin bir neçə min canlı qüvvəsini məhv edib. Bu məlumatın (minlərlə erməni hərbçisinin öldüyünü) erməni ictimaiyyətində birdən açıqlanması ilə Ermənistanda böyük etirazların baş verəcəyi qaçılmazdır. Bu səbəbə görə, məlumatlar tədrici dəfələrlə say azaldılaraq erməni ictimaiyyətinə çatdırılır.

Ermənistan humanitar atəşkəs rejimini kobud pozmaqla, xüsusilə də Azərbaycanın dinc əhalisinə qarşı aqressiyasını da bu etirazların qarşısını almaq və cəbhədəki məğlubiyyətlərini pərdələmək üçün həyata keçirir.

Qeyd edək ki, ötən gün işğalçı Ermənistan rejiminin Baş naziri Nikol Paşinyan etiraflar edərək bildirmişdi ki, itkilərinin sayı olduqca çoxdur, cəbhələrdə geri çəkilirlər və Azərbaycan ordusu düşmən ordusunda xaos yaradıb.

Xəbəri paylaş

VİDEOLAR