Ermənilər Ağdamı da tərk edərkən evləri yandırırlar - VİDEO

Ermənilər Ağdamı da tərk edərkən evləri yandırırlar - VİDEO

Ağdamda qanunsuz məskunlaşan ermənilər oranı tərk edərkən mağaza və evləri yandırırlar.

Az.rasthaber.com “Sputnik Armeniya”-ya istinadən xəbər verir ki, kənddən çıxan Armen adlı sakin agentliyə öz ərzaq mağazası, daha sonra isə evini yandıracağını söyləyib:

“Sabahadək (noyabrın 19-dək - red.) getməyə vaxt verdilər. Hər şeyi aparmaq imkanı yoxdur. Ona görə indi ən doğrusu bunları yandırmaqdır. Türklərə heç nə saxlamayacağam”.

O qeyd edib ki, Boyəhmədli kəndində 10 il öncə məskunlaşıb.

Xatırladaq ki, ermənilər Kəlbəcəri də tərk edərkən oradakı evləri yandırır, ətraf mühitə ziyan verir.

 

Xəbəri paylaş

VİDEOLAR