Ehtiyacı olan insanlara kömək edərkən bunları etməyin - Seyid Nəsrullah

Ehtiyacı olan insanlara kömək edərkən bunları etməyin - Seyid Nəsrullah

Livan "Hizbullah" hərəkatnın baş katibi Seyid Həsən Nəsrullah Ramazan ayının gəlişi münasibətil çıxış edib

Rasthaber Azərbaycan "eastnews"a istinadən verdiyi xəbərə görə, Livan "Hizbullah" hərəkatnın baş katibi Seyid Həsən Nəsrullah Ramazan ayının gəlişi ərəfəsində etdiyi çıxışında "Səbirlə koronavirus və sionist rejimə qalib gələ bilərik", - deyib.

Seyid Həsən Nəsrullah çıxışı zamanı koronavirusu İsrail rejiminə bənzədib.

O, "Səbirlə koronavirusu dəf edə biləcəyimiz kimi, səbirlə İsrail rejimini də məğlub edə bilərik", - deyə bildirib.

"Hizbullah" lideri orucun insana səbir və güc verdiyini söyləyərək, imanla birlikdə səbrin çətinliklərə və problemlərə, o cümlədən də koronavirusa qarşı durma elementlərindən biri olduğunu söyləyib: "Koronavirus ilə mübarizə bir məsuliyyətdir və onun qaydalarına riayət etmək bir borcdur. Livanda koronavirusa qarşı mübarizədəki vəziyyət hökumətin və Səhiyyə Nazirliyinin səyləri sayəsində yaxşıdır. İnsanlar göstərişlərə əməl edirlər və bu qaydalara sadiq qalmaqda davam edirlər". "Hizbullah"ın baş katibi daha sonra müqəddəs Ramazan ayında müsəlmanları və möminləri Qurana xüsusi diqqət yetirməyə çağırıb: "Gündəlik Quran oxumaq çox vaxt aparmır. İnsan proqram tərtib etməklə bu ilahi kəlamı ay sonuna kimi xətm edə bilər".

Seyid Həsən çıxışının sonunda qeyd edib ki, kasıblara kömək etməkdə insan ləyaqətinə diqqət olunmalıdır: "Ehtiyacı olan insanlara kömək edərkən, iftar verərkən etmək lazım olan işlərdən biri bu cür şeylərin şəkillərini və ya videolarını hər hansı bir şəkildə çəkmək deyil, hətta arxiv üçün olsa da belə. Dostlarım və qardaşlarıma qətiyyətlə tövsiyə edirəm ki, heç bir şəkil, video çəkməyin. Yardım aparanda bir və ya iki nəfər gedin. Çox adam gedib camaatın abrını aparmayın. Bəzi qardaşlar hətta arxivdə saxlamağı xahiş edirlər. Arxiv üçün şəkil çəkməyin də deyirəm. Bizə bir arxiv lazım deyil. Bu ailələr bir an belə utanmamalıdırlar. İslamda ən vacib işlərdən biri insan ləyaqətini qorumaqdır".

Xəbəri paylaş

VİDEOLAR