Son günlər, xüsusilə də koronavirus pandemiyası və ya qlobal infeksiyadan sonra dünyanın surətlə dəyişəcəyi və yeni bir dünyanın doğacağı ilə bağlı fikirlər irəli sürülür...
Son günlər, xüsusilə də koronavirus pandemiyası və ya qlobal infeksiyadan sonra bəzi yazarlar, alimlər, futuristlər və ilahiyyatçılar dünyanın surətlə dəyişəcəyi və yeni bir dünyanın doğacağı ilə bağlı fikirlər irəli sürməkdədirlər.
Səhv düşündüklərini deyə bilmərik.
Həqiqətən də surətli bir dəyişiklik baş verəcəyi gözlənilir.
Ancaq dünyadakı faktların dəyişməsi yeni bir vəziyyət deyil. Dünya yaranandan dayanmadan dəyişməkdədir. Heç bir gün dünən kimi olmamışdır. Fəlsəfəçilərin dediyi kimi “axar suda iki dəfə yuyulmaz”. Çünki dünən axar su, çoxdan axıb getmişdir.
Dünyadakı dəyişikliklər də axar su kimidir, durmadan dəyişməkdədir.