İran İslam Respublikası Ordusunun baş komandan əvəzi deyib ki, İranın silahlı qüvvələri ən yüksək müdafiə qüdrəti səviyyəsindədir.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, İran İslam Respublikası Ordusunun baş komandan əvəzi general Məhəmməd Hüseyn Dadrəs İran İslam Respublikası Ordusunun son günlər düşmənlər tərəfindən bəyan edilən ehtimal olunan təhdidlərə cavab istiqamətindəki hazırlığı barədə danışıb.
"Düşmənlər yaxşı bilirlər ki, İran İslam Respublikasının silahlı qüvvələri, o sıradan ordusunun hərbi hazılığı yüksək səviyyə və keyfiyyətdədir. Təhdidlər bir ölkənin müdafiə qüdrəti və hazırlığı mövcud olmayanda özünü göstərir və həyata keçir.", -deyə general əlavə edib.
İran İslam Respublikası Ordusunun baş komandan əvəzi sonra deyib: "Bu gün İran İslam Respublikasının silahlı qüvvələrinin, o sıradan ordusunun hərbi hazılığı o həddədir ki, əgər düşmən hər hansı kiçik səhv edərsə, cavab düşmənin addımından daha dağıdıcı və daha güclü olacaq. Bu hərbi təlimlərdə düşmənlərin təhdidlərinə qətiyyətli cavabda öz bacarığımızı yüksək səviyyədə göstərdik."