Düşmənin hər cür təhdidinə dərhal cavab verəcəyik!

Düşmənin hər cür təhdidinə dərhal cavab verəcəyik!

“İran İslam Respublikası daxili gücü və qüdrətinə əsasən hər bir səvviyyədə olacaq hər cür təhdidə cavab verəcəkdir.”

Rasthaber Azərbaycan xəbər verir ki, bu sözləri İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi deyib.

İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi Tehranda İslam İnqilabının rəhbərinin Tehranın cümə namazı xütbələrində "güclü qalmaq və güclü olmaq" barədəki sözlərinə işarə edərək deyib: “Müdafiə gücü qüdrətin təməli və bütün sahələrdə əminlik gətirən bir müdafiədir və əslində islami quruluşda gücün digər elementlərinin inkişafını formalaşdırır.”

General Hatəmi Amerikanın böyük İran xalqına qarşı düşmənçiliyi tarixinə toxunaraq, hegemonçululq sisteminin regionda terror qruplarını yaradıb, yerləşdirməkdə məqsədini, İslamı və ona əsasən, İran İslam Respublikasını məhv etmək adlandırıb və belə qeyd edib: “Müqavimət mehvəri döyüşçülərinin canfəşanlıqları və fədakarlıqlarının hesabına, onların fitnəsi uğursuz qaldı.”

Xəbəri paylaş

VİDEOLAR