"Düşmən İslam ümmətini parçalamaq, müharibəyə başlamaq və qan tökmək üçün təkfirçilərdən istifadə edir"
Az.rasthaber.com "Tasnim"ə istinadən xəbər verir ki, bunu Dünya İslam Məzhəblərini Yaxınlaşdırma Konqresinin Baş katibi Həmid Şəhriyari bildirib.
Şəhriyari dünən Tehranda keçirilən “Qurana sarılmaq vəhdət və izzət rəmzidir” adlı xüsusi iclasda, düşmənlərin təfriqə salmaq cəhdləri barədə xəbərdarlıq edib.
Düşmənin İslam ümməti arasında müharibəyə başlamaq və qan tökmək üçün silaha sarıldığını deyən Həmid Şəhriyari bildirib:
"Bu gün İslam birliyinə zərbə vurmaq istəyənlər var. Onlar bəzi islami məzhəbləri təkfirçiliyə yönəlməyə sövq edirlər. Onların əl atdıqları hiylə və fitnə budur".