Düşmən İranın gücünü qəbul edib - İranın müdafiə naziri

Düşmən İranın gücünü qəbul edib - İranın müdafiə naziri

"İran beynəlxalq arenada öz rəftar və hərəkət gücü ilə quruluşun strategiyalarına əsasən, region tənliklərini dəyişə bilər."

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu sözləri İranın müdafiə naziri Tehranda keçirilən bir tədbirdə deyib.

İslam Respublikasının müdafiə naziri general Əmir Hatəmi İranın mühüm stradegilalarından danışıb.

"İran ötən illərdə İran İslam Respublikasının önləyiciliyin qorunması olan strategiyasını həyata keçirə və ilk anda düşmənin təcavüzünə cavab verə bildi. Bu, o deməkdir ki, düşmən İranın gücü, etibarı, iradəsi və sabitliyini qəbul edib.", -deyə general bildirib.

Nazirin sözlərinə görə,  İran xalqının maksimum iştirakı ilə ölkənin taleyi, yüksəlişi üçün qərar qəbul edilir və bu qərar daima düşmən üçün olduqca dağıdıcı olacaqdır.

" Həmişə müxtəlif istiqamətlərdə lazımi hazırlığa malik olmaq lazımdır ki, öz təsirli və önləyicilik gücünü qorumaqda və yüksəltməkdə olmuş olasan.", -deyə İranın müdafiə naziri general Əmir Hatəmi əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR