8.01.2021 11:28:35
Bu, Bezosun sərvətindən 1,5 milyard dollar çoxdur
Rasthaber Azərbaycan “Bloomberg”-ə istinadən xəbər verir ki, “SpaceX” və “Tesla” şirkətlərinin başçısı İlon Mask dünyanın ən varlı insanları reytinqində “Amazon” qurucusu Ceff Bezosu geridə qoyub.
Maskın sərvəti 188,5 milyard dollara çatıb. Bu, Bezosun sərvətindən 1,5 milyard dollar çoxdur.
“Qəribədir… Nəysə, qayıdaq işə”, – deyə Mask öz sərvəti haqda xəbərləri şərh edib.