Dünyanın bu günə aid pandemiya statistikası

Dünyanın bu günə aid pandemiya statistikası

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 400 mini keçdi

Rasthaber xəbər trthaber-ə istinadən xəbər verir ki, dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 400 mini, infeksiyaya yoluxanların sayı 110  milyon 300  mini, virusdan müalicә olunaraq sağalanların sayı da 85  milyon 180 mini keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında koronavirusdan ölәnlәrin sayı gün әrzindә  816 artaraq 500  min 804  nәfәrә, infeksiyaya yoluxanların sayı da 28  milyon 408 min 123  nәfәrә yüksәlib.

İngiltәrәdә epidemiyadan vәfat edәnlәrin sayı gün әrzindә 816  artaraq 118 min 933-ә, infeksiyaya yoluxanların sayı da 12  min 718  artaraq  4 milyon 71  min 185-ә  çatıb.Ölkәdә vaksinasiya prosesinin müvәffәqiyyәtlә davam etdirildiyi bildirilib.

İtaliyada epidemiyadan ölәnlәrin sayı gün әrzindә 369   artaraq  94  min 540  nәfәrә,  virusa yoluxanların sayı da 12 min 74   artaraq 2 milyon 751  min 657 nәfәrә   yüksәlib. Ölkәdә vaksinasiya prosesi dekabrın 27-dә başlamışdı.

Fransada koronavirus qurbanlarının sayı gün әrzindә 310  artaraq  83  min 122  nәfәrә, infeksiyaya yoluxanların sayı da 25  min 18  artaraq 3 milyon 514  min 147  nәfәrә çatıb.

İspaniyada koronavirusdan vәfat edәnlәrin sayı gün әrzindә 337 artaraq 66 min 316-ya, infeksiyaya yoluxanların sayı da 10 min 829 artaraq 3 milyon 107 min 172-yә yüksәlib.

Şәrq ölkәlәrindә isә vәziyyәt belәdir:

Hindistanda epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı gün әrzindә 85 artaraq  156  min 33-ә, infeksiyaya yoluxanların sayı da 12 min 195 artaraq 10 milyon 949  min 301-ә  çatıb.

Xəbəri paylaş

VİDEOLAR